Bildirilir ki, ölən 4 nəfər "Hizbullah" terrorçularıdır.
Məlumata görə, Xiyam kəndində də qruplaşmaya məxsus daha bir binaya zərbə endirilib.
מטוסי קרב של חיל האוויר תקפו לפני זמן קצר בהכוונה מודיעינית של שב״כ ואמ"ן, מבנה צבאי ששימש את יחידת חזית הדרום בארגון הטרור חיזבאללה, במרחב נבטיה שבדרום לבנון.
— צבא ההגנה לישראל (@idfonline) August 6, 2024
במבנה פעלו מספר מחבלים אשר קידמו מתווי טרור נגד מדינת ישראל>> pic.twitter.com/S8CqlrCSWd
* * *
13:01
İsrail Hərbi Hava Qüvvələri Livanın Meyfədun kəndinə aviazərbə endirib.
AzVision.az xəbər verir ki, bu barədə Livanın "An-Nahar" ("Gündüz") qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Hücum 4 nəfərin ölümü ilə nəticələnib. Eyni zamanda, bildirilir ki, sözügedən kənd ilk dəfə bombardmana məruz qalır.
İsrail Ordusu hücum barədə hələlik açıqlama verməyib.
WSJ: "İran raket qurğularını hərəkətə gətirir" |
Xatırladaq ki, Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda, Livanın "Hizbullah" qruplaşmasının yüksəkrütbəli komandiri Fuad Şükrün isə Beyrutda öldürülməsinin ardınca Yaxın Şərqdə, xüsusilə isə İsrail-Livan sərhədində toqquşmalar daha da şiddətlənib. Digər tərəfdən, İranın ali dini lideri Əli Xamenei hücumları həyata keçirən İsrailə qarşı cavab əməliyyatı ilə bağlı əmr verib. "Hizbullah"ın da bu əməliyyata qoşulacağı bildirilir.
الغارة الإسرائيلية على بلدة #ميفدون جنوبي #لبنان pic.twitter.com/KRIyb95y7H
— Annahar (@Annahar) August 6, 2024
Firudin Həmidli
AzVision.az