İddiaya görə, İran Silahlı Qüvvələri mümkün hücum ərəfəsində hərbi təlimlərə başlayıb:
"Bu göstərir ki, çox yaxın günlərdə hücum baş verə bilər".
Hökumət nümayəndələri, eyni zamanda, diqqətə çatdırıblar ki, belə bir potensial cavab əməliyyatı çərçivəsində iranyönümlü "Hizbullah" təşkilatının rolu hələlik naməlum qalmaqdadır:
"Hər halda, nəzərə almaq lazımdır ki, həmin təşkilatın yüksəkrütbəli komandiri Fuad Şükr də ötən günlərdə İsrailin Beyruta hücumu nəticəsində öldürülüb".
Blinken: "İranın İsrailə hücumu 48 saat ərzində başlaya bilər" |
Yeri gəlmişkən, ABŞ Dövlət katibi Antoni Blinken dünən "İranın İsrailə hücumunun 24-48 saat ərzində başlaya biləcəyini" diqqətə çatdırıb.
"Tehrana hücumunu dayandırmaq üçün təzyiq göstərmək regional müharibədən qaçmağın ən yaxşı yoludur", - Blinken vurğulayıb.
Digər tərəfdən, İsrailin müdafiə naziri Yoav Qallant ABŞ-li həmkarı Lloyd Ostinlə telefon danışığında "ordunun hazır vəziyyətə gətirildiyini" söyləyib.
Xatırladaq ki, ötən günlərdə Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdlə öldürülməsinin ardınca İranın ali dini lideri Əli Xamenei İsraili günahlandıraraq, bu ölkəyə hücum əmri verib. Belə bir vəziyyət Yaxın Şərqdəki münaqişənin şiddətini və miqyasını daha da artırıb.
Firudin Həmidli
AzVision.az