Banqladeşli deputat: "Bugünkü hadisələr xalqın qələbəsidir"

      Banqladeşli deputat:    "Bugünkü hadisələr xalqın qələbəsidir"
  05 Avqust 2024    Oxunub:1186
"Banqladeş xalqı sanki ikinci dəfə müstəqillik qazanır".
AzVision.az xəbər verir ki, bu sözləri Banqladeş parlamentinin keçmiş deputatı (2019-2022), müxalif Banqladeş Milliyyətçi Partiyasının üzvü Rumin Farhana "Al Jazeera"ya açıqlamasında dilə gətirib.

O, ölkənin 1971-ci ildə Pakistandan ayrılıb azadlığa çıxmasını xatırladaraq, hazırda Baş nazir Şeyx Həsinənin istefası ilə nəticələnən kütləvi etiraz aksiyalarının da həmin dövrlə oxşar mahiyyət daşıdığını vurğulayıb.

"Əhali Həsinənin istefasını, ədalət seçkilər keçirilməsini istəyirdi. Xalq öz gücünü sübuta yetirdi. Ümidvaram ki, müvəqqəti hökumət üçün seçkilərə bütün partiyalar qoşula biləcəkonlar qərar verəcəklər", - xanım siyasətçi vurğulayıb.
Banqladeşdə iğtişaşlar: Əhali qələbəni bayram edir - FOTO/VİDEO

Xatırladaq ki, Banqladeşdə ötən aydan bəri başlayan kütləvi iğtişaşlar bu gün pik həddə çatıb. Əsasən hökumətin mübahisəli iş kvotası səbəbi ilə meydana gələn aksiyalarda indiyədək 300-ə yaxın şəxs həyatını itirib. Ölkənin Baş naziri Şeyx Həsinə etirazçıların tələbinə cavabən istefa verərək, Hindistana qaçıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Banqladeş   etiraz   aksiya  





Xəbər lenti