Liberman: “İsrail İranın əlinə oynayır”
“İranın vəzifəsi “HƏMAS” və “Hizbullah”, husi tayfaları ilə müharibədə İsraili mümkün qədər tükəndirməkdir. İranlıların özləri də açıq şəkildə bildirdilər ki, sonra Livandan, Qəzza zolağından, Yəməndən, Suriyadan, İraqdan İsrailə hücum edəcəklər və onların proksi döyüşçüləri Tel-Əvivdə görüşəcəklər. Prioritetlərin dəqiq ardıcıllığı ilə vahid strateji plan hazırlamaq lazımdır. “HƏMAS”, “Hizbullah” və husilərə qarşı əməliyyatları ayrı-ayrılıqda planlaşdırmaq mümkün deyil. İran hər şeyi vahid döyüş meydanına çevirib. Biz İrandan başlamalıyıq”, - Liberman vurğulayıb.
Onun sözlərinə görə, İranın əlaltısı olan şəxsləri ilə mübarizədə məqsədyönlü ləğvetmələr səmərəsizdir. Çünki onların aradan götürülməsi çox vacib amil olsa da, bu kifayət deyil. Məsələn, keçmişdə İsrailin Şeyx Yasini, Rantisini və Əhməd Cəbarini aradan götürməsinə baxmayraq, HƏMAS getdikcə gücləndi. “Hizbullah” bağlı da eyni vəziyyət yaşandı. Abbas Musəvi məhv edildi, lakin “Hizbullah” daha da gücləndi.
- Deməzdim ki, terrorçu qrupları İransız mövcud ola bilməyəcəklər, lakin onsuz güclərinin dörddə birindən çox olmasa da, hər-halda fəaliyyət göstərməyə qadirdirlər. Bütün pullar, silahlar, biliklər və təlimatlar – bunun hamısı İrandır. Biz isə oturub onlar bizi vurana qədər gözləməliyik? Onların nüvə qalxanı yaranana qədər gözləməliyikmi? Mən başa düşmürəm. Fuad Şükrünün ləğvindən sonra İsrail təxminən hər yarım saatdan bir bəyanat yayaraq bütün mümkün platformalarda İsrailin genişmiqyaslı müharibədə maraqlı olmadığını bildirib. Qoy kimsə mənə cavab versin, İsrail nədə maraqlıdır – ücüzü (tükəndirici) müharibədə?” – israilli ictimai-siyasi xadim ritorik sualla müraciət edib.
İranı məğlub etmədən, İranın nüvə proqramını aradan qaldırmadan, “HƏMAS” və “Hizbullah”a qalib gəlməkdən, şimaldan və cənubdan gələn təhlükənin aradan qaldırılmasından danışmaq mümkün deyil.
“Mən konkret əməliyyat planlarına girməyəcəyəm. Siz soruşursunuz: İsrail İrana qalib gələ bilərmi, nüvə proqramını məhv edə bilərmi? Cavab: “bəli”. Nə qədər ki, İranda özünə arxayınlıq mühiti var, “HƏMAS” və “Hizbullah”ı məğlub edə bilməyəcəyik. İndi onlar öz imkanlarına arxayındırlar və özlərinə güvənirlər. Rəqibiniz öz bacarığına arxayın olduğu halda onu məğlub edə bilməzsiniz. Bunu sındırmaq lazımdır və müxalif proksilərə səy, vaxt və enerji sərf etməyin mənası yoxdur”, - Aviqdor Liberman deyib.
İranla mübarizədə hansı vasitələrdən, o cümlədən nüvə silahından istifadə ilə bağlı sualı cavablandıran Liberman, yəhudi dövlətinin öz arsenalındakı bütün vasitələrdən istifadə etməli olacağını açıqülayıb.
- Əlimizdəki bütün vasitələrdən, bizdəki bütün imkanlardan istifadə etməli olacağıq. Hər halda, mənə aydındır ki, bu, bizim sağ qala bilməyimiz üçün yeganə yoldur. Hələlik boynumuzdakı həlqə sıxılır. Hələ ki, gec deyil onu sındırmaq lazımdır. Biz İran problemini həll edəndə bütün digər məsələlər də həll olunacaq. Bir enerji mənbəyi təsəvvür edin. Ştepselləri bir-bir çəkməkdənsə, mərkəzi enerji mənbəyini məhv etmək daha yaxşıdır. Bütün şər mehvəri İranın üzərinə düşür. “Hizbullah” öz-özünə yaranmayıb, o, yaradılıb”, - sabiq nazir bildirib.
“İran məsələsini həll etmək nə deməkdir? Biz bu ölkəni yer üzündən silməyəcəyik ki” sualına Liberman “qalibləri mühakimə etmirlər” məşhur kəlamı ruhunda cavab verib: “Qələbənin nə olduğunu bilirsinizmi? Qələbə kimin qalib gəldiyinə heç kimin şübhə etməməsi deməkdir. Biz Altı Günlük müharibədə qalib gələndə heç kim bizim qələbəmizə şübhə etmirdi. Argentina İngiltərə ilə Folklendlər üzərində vuruşdu, heç kim qalibin kim olduğunu soruşmadı. İndi də Qarabağda müharibə gedəndə heç kim soruşmadı ki, kim qalib gəldi – Azərbaycan, yoxsa Ermənistan”.
Sahil İsgəndərov
AzVision.az