Paris Olimpiya oyunlarının təşkilinə 11 milyard avro xərcləyib

 Paris Olimpiya oyunlarının təşkilinə 11 milyard avro xərcləyib
  03 Avqust 2024    Oxunub:1312

Daha əvvəl Parisin meri Ann Hidalqo bildirmişdi ki, Fransa hakimiyyəti triatlon və açıq suda üzgüçülük üzrə olimpiya yarışlarının təşkili üçün ehtiyat plan hazırlamayıb. Sena çayında bu idman növləri üzrə yarışların keçirilməsi Fransa hakimiyyəti tərəfindən həmişə “yeganə mümkün” variant kimi qiymətləndirilib.
AzVision.az xəbər verir ki, bu barədə "Kommersant" araşdırma aparıb . Mütəxəssislərin fikrincə, açılış mərasimi və bonus ödənişlərini təmin edən Sena çayının təmizlənməsinə əlavə xərclər getdi.

Oksford Universitetinin Biznes Məktəbinin iqtisadçıları düşünürdülər ki, xərclər 6,2 milyarddan çox gözlənilmir.

Hesabatda isə 2 milyard avro əvəzinə, Paris Olimpiadası doqquz milyard avroya başa gəlib deyə göstərilib.

Eyni zamanda, Parisdəki Oyunlar əvvəlki üç Yay Olimpiya Oyunlarından daha ucuz oldu.

Lakin Sena çayının çirklənməsi səbəbindən triatlonçular üçün yarışqabağı məşq iki dəfə ləğv edilib. İsveç triatlonçusu Tilda Monsson da çaydakı suyun keyfiyyətindən narazı olduğunu bildirib. Öz növbəsində ispaniyalı idmançı Məryəm Kasilyas əlavə edib ki, olimpiya təşkilatçıları idmançıların sağlamlığını düşünməyib, onların imicindən narahatdırlar.

Qeyd edək ki, həm qida azlığı , həm ekoloji vəziyyət həmdə yataqlarln keyfiyyətsizliyi idmançılar tərəfindən qınaq obyektinə çevrilmişdir.

AzVision.az




Teqlər:





Xəbər lenti