Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti biabırçılıq

   Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti biabırçılıq
  03 Avqust 2024    Oxunub:1592
Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti xoşagəlməz hadisə yaşanıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, slovakiyalı üzgüçü Tamara Potocka 200 metrə üzdükdən sonra hovuzun kənarında huşunu itirib.

Tibb işçiləri idmançını xərəyə daşıyıb və ona oksigen maskası veriblər. İlkin tibbi yardımdan sonra idmançı özünə gəlib və hazırda həkim nəzarətindədir.

Qeyd edək ki, iyulun 31-də baş Sena çayında keçirilimiş triatlon yarışlarından sonra kanadalı Tiler Mislavşuk 10 dəfə qusub. İdmançının ürəyinin bulanmasına səbəb kimi suyun keyfiyyətinin aşağı səviyyədə olması göstərilib. Ümumiyyətlə, Paris Oyunları çərçivəsində Sena çayında nəzərdə tutulmuş triatlon yarışlarının və məşqlərin vaxtı 2 dəfə dəyişdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti