İranda Haniyənin öldürülməsindən sonra həbslər başlayıb

   İranda Haniyənin öldürülməsindən sonra həbslər başlayıb
  03 Avqust 2024    Oxunub:1110
Tehranda HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı aparılan araşdırmalar fonunda İranın onlarla təhlükəsizlik xidmətinin əməkdaşı və kəşfiyyat zabiti dindirilmək üçün saxlanılıb.
Bu barədə “The New York Times” qəzeti yazıb. Qeyd olunub ki, İranda alçaldıcı təhlükəsizlik pozuntusuna cavab olaraq yüksək rütbəli kəşfiyyat zabitləri, hərbi məmurlar və Tehrandakı hərbi qonaqxananın əməkdaşları da daxil olmaqla iyirmidən çox şəxs həbs edilib.

Amerika qəzeti əlavə edib ki, Həmas Siyasi Bürosunun rəhbərinə qarşı əməliyyat Tehranda ciddi şəkildə mühafizə olunan obyektdə keçirilib. Həbslərin təfərrüatları isə hələlik məlum deyil.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti