Harris prezidentliyə namizəd olmaq üçün yetərincə səs toplayıb

Harris prezidentliyə namizəd olmaq üçün yetərincə səs toplayıb
  02 Avqust 2024    Oxunub:1253
ABŞ-nin vitse-prezidenti Kamala Harris ölkənin ən yüksək vəzifəsinə rəsmi olaraq namizəd olmaq üçün onlayn seçkidə iştirak edən Demokrat Partiyasının nümayəndələrindən lazımi sayda səs toplaya bilib.
AzVision.az TASS-a istinadən verir ki, xəbər verir ki, bunu Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison yazılı açıqlamasında bildirib.

"Mən fəxrlə təsdiq edirəm ki, vitse-prezident Harrisin bütün qurultay nümayəndələrinin əksəriyyətinin səsini qazanıb və bazar ertəsi səsvermə başa çatdıqda Demokratların namizədi olacaq", - o qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti