İsrail və ABŞ İranın hücumuna qarşı hazırlaşır
“Prezident İsrailin İrandan gələn bütün təhdidlərə, o cümlədən onun nəzarətində olan
“HƏMAS” və “Hizbullah” terror qrupları, həmçinin husilərə qarşı təhlükəsizlik öhdəliklərinə sadiqliyini təsdiqləyib. Co Bayden müdafiə məqsədləri üçün ballistik raketlər və dronlar da daxil olmaqla ABŞ qoşunlarının yeni yerləşdirilmə planalrını, İsrailin təhdidlərə qarşı müdafiəsini gücləndirmək səylərini müzakirə edib”, - bəyanatda bildirilir.
ABŞ prezidenti bölgədə gərginliyin azaldılması naminə gösrtərilən səylərin vacibliyini vurğulayıb.
Bundan əvvəl Amerikanın “Axios” saytı ABŞ-nin yaxın günlərdə İran və müttəfiqlərinin hücumunu dəf etmək üçün İsrailə yardım göstərməyə hazırlaşdığını yazmışdı. Portalın məlumatına görə, iyulun 31-də ABŞ kəşfiyyatı İran tərəfindən planlaşdırılan hücumla bağlı xəbərlər almağa başlayıb. Bayden administrasiyası əmindir ki, “HƏMAS”-ın Siyasi Bürosunun rəhbərinin Tehranda öldürülməsinə görə İsrailin məsuliyyət daşıdığını bildirən İran buna cavab olaraq yaxın bir neçə gün ərzində İsrailə hücum etmək niyyətindədir.
Adını çəkmədiyi 3 amerikalı məmurun dediklərinə istinad edən “Axios” yazıb ki, İranın istənilən cavab tədbiri bu il aprelin 13-də İsrailə hücumu ilə eyni üslubda, lakin potensial cəhətdən daha böyük olacaq. Bunun hətta Livan “Hizbullah”ını da əhatə edəcəyi gözlənilir. Çünki “Hizbullah”ın lideri Həsən Nəsrullah da çərşənbə axşamı İsrailin Beyruta endirdiyi haha hücumu nəticəsində təşkilatın baş hərbi məsləhətçisinin öldürülməsinə cavab verəcəyini vəd edib.
Xatırladaq ki, İranın aprelin 13-14-də İsarailə raket hücumu İsrailin aprelin 1-də İranın Suriyanın paytaxtı Dəməşq şəhərindəki konsulluğuna endirdiyi hava zərbələrinə cavab idi. Həmin vaxt öldürülən 13 nəfərfən SEPAH-ın iki yüksək vəzifəli generalı da daxil olmaqla, 7-si iranlı hərbi müşavirlər və 6 nəfər suriyalı idi.
Lakin Bayden administrasiyası İsraili İranın əvvəlki hücumlarından qoruyan ölkələrin yeni beynəlxalq və regional koalisiyasını səfərbər etməyin daha çətin ola biləcəyindən narahatdır. Çünki, Haniyənin öldürülməsi İsrail-“HƏMAS” müharibəsinin regionda kəskin şəkildə anti-İsrail İsrail əhval-ruhiyyəsinin yaranması fonunda baş verib.
Sahil İsgəndərov