Dənizdə külək potensialının ölçülməsinə başlanılıb

Dənizdə külək potensialının ölçülməsinə başlanılıb
  02 Avqust 2024    Oxunub:1399
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan “Dənizdə külək enerjisi potensialının araşdırılması və potensialdan istifadə istiqamətində hazırlıq tədbirlərinin həyata keçirilməsi” fəaliyyət istiqamətinə uyğun olaraq müəyyən olunmuş ərazilərdə ölçmələrə başlanılması üzrə işlər yekunlaşmaq üzrədir.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən AzVision.az - verilən məlumata görə, bu istiqamətdə ölçü-müşahidə işlərinin aparılması üçün Finlandiyanın “Vaisala” şirkəti tərəfindən ölkəyə 2 ədəd LiDAR (Light Detection and Ranging) qurğusu gətirilərək müəyyən olunmuş ərazidə quraşdırılıb.

Qurğu lazer şüalarından istifadə edərək 10 km məsafəyədək tələb olunan nöqtələrdə küləyin sürətini və istiqamətini müəyyən etmək üçün istifadə olunur.

Məlumata görə, LiDAR qurğusu fərqli nöqtələrdə virtual ölçü-müşahidə dirəyi yaradaraq 75 m, 150 m və 225 m hündürlüklərdə küləyin sürətini ölçəcək.

Sözügedən şirkət tərəfindən “LiDAR qurğularının öyrənilməsi” üzrə nəzəri və praktiki təlim keçirilib.





AzVision.az


Teqlər:





Xəbər lenti