Ermənistan və Gürcüstan sərhəddində zəlzələ olub

   Ermənistan və Gürcüstan sərhəddində zəlzələ olub
  02 Avqust 2024    Oxunub:1089
Ermənistan-Gürcüstan sərhədində 3 bal gücündə zəlzələ baş verib
AzVision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Bavra kəndindən 16 km aralıda yerləşib, yeraltı təkanlar Ermənistanın Şirak rayonunun bir sıra kəndlərində hiss olunub.

Yeraltı təkanın dərinliyi 10 km olub.

Həmidə İbrahimova
AzVision.az



Teqlər: Ermənistan   Gürcüstan   zəlzələ  





Xəbər lenti