Üç ölkə Qəzzada atəşkəslə bağlı birgə bəyanat yayıb

   Üç ölkə Qəzzada atəşkəslə bağlı birgə bəyanat yayıb
  26 İyul 2024    Oxunub:1067
Avstraliya, Yeni Zelandiya və Kanada liderləri Qəzza zolağında "dərhal atəşkəsə və əsirlərin mübadiləsinə çağıran" birgə bəyanat yayıblar.
AzVision.az xəbər verir ki, bəyanatda üç ölkənin də ABŞ Prezidenti Co Baydenin mayın sonunda irəli sürdüyü razılaşmanı dəstəklədiyi vurğulanır:

"Tərəfləri təmkinli davranmağa, gərginliyi azaltmağa çağırırıq. Mülki şəxslər qorunmalı, Qəzzada humanitar böhranın həlli istiqamətində yardım axını mütəmadi artırılmalıdır".

Adıçəkilən ölkələr, eyni zamanda, HƏMAS terror təşkilatını müharibənin səbəbkarı kimi qınadıqlarını təkrarlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   müharibə   Avstraliya   Yeni-Zelandiya   Kanada   bəyanat  





Xəbər lenti