Çox işlədilən robot intihar etdi

   Çox işlədilən robot intihar etdi
  09 İyul 2024    Oxunub:1252
Cənubi Koreyanın Qumi şəhərinin bələdiyyəsində işləyən robot intihar edib.
AzVision.az TRT Haber-ə istinadən xəbər verir ki, onun özünü pilləkənlərdən aşağı atmasına səbəb iş yükünün digər robotlara nisbətən həddindən artıq çox olması olub.

Şahidlərin sözlərinə görə, robot bu əməlindən öncə qəribə davranırmış. O, yerdə nəsə varmış kimi dövrə vururmuş.

Kaliforniyada yerləşən "Bear Robotics" şirkəti tərəfindən istehsal edilən robotun hissələri tez bir zamanda toplanaraq təhlilə göndərilib. Onun qeyri-sabit davranışının səbəbi hələ də aydın deyil.

Robotun hətta işçi kartı olub və digər işçilər kimi səhər saat 9-dan axşam 4-ə qədər işləyirmiş. Ancaq bir mərtəbə ilə məhdudlaşan əksər robotlardan fərqli olaraq, bu robot heç bir kənar yardım olmadan asanlıqla mərtəbələr arasında hərəkət edə və hətta lifti çağıra bilirmiş.

Hadisə ölkədə ilk robot intiharı kimi qeyd olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti