Zelenski əsirlikdən qaytarılanların sayını açıqladı

Zelenski əsirlikdən qaytarılanların sayını açıqladı
  06 İyul 2024    Oxunub:1383
“Ukrayna əllidən çox əsir mübadiləsi aparmağa nail olub”.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski teleqram kanalında yazıb.

“Beləliklə, 53 mübadilə aparılıb, 3310 insanımız artıq Ukraynada - öz evində, qohumlarının yanındadır”, - paylaşımda qeyd edib.

Zelenski bildirib ki, bu istiqamətdə işlər davam etdirilir:

“Biz hər bir vətəndaşımızı - bütün hərbçiləri və mülki şəxsləri, böyükləri və uşaqları rus əsirliyindən azad etməyin yollarını axtarmağa davam edirik”.

AzVision.az





Teqlər:





Xəbər lenti