“Rusiya Humanitar Missiyası” Ermənistana 7 ton humanitar yardım göndərib

“Rusiya Humanitar Missiyası” Ermənistana 7 ton humanitar yardım göndərib
  28 İyun 2024    Oxunub:1273
"Rusiya Humanitar Missiyası" (RQM) Ermənistanın daşqından zərər çəkmiş Lori rayonuna 7 tona yaxın yardım göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edilir ki, yardım məhsulları təbii fəlakətdən ən çox zərər çəkən Axtala şəhəri və Karkop kəndinə paylanıb: "Yardımın bir hissəsi əvvəlcədən təşkil olunmuş insanların toplaşdığı məntəqələrə, digər hissəsi isə ahılların və sağlamlıq imkanları məhdud vətəndaşların evlərinə çatdırılıb".

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti