TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək
  27 İyun 2024    Oxunub:1634
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında sazişin ratifikasiyasını nəzərdə tutan qanunu imzalayıb
AzVision.az xəbər verir ki, 2022-ci ilin noyabrında Səmərqənddə imzalanmış bu saziş TDT-yə üzv ölkələr arasında tranzit-nəqliyyat potensialının və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə yönəlib.

Saziş çərçivəsində TDT ölkələri arasında dəmir yolu, su və avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmi artırılacaq.

Tərəflər kombinə olunmuş yüklərin daşınmasının təşviqi üzrə əməkdaşlıq edəcək və qarşılıqlı yardım göstərəcəklər. Bu məqsədlə maraqlı dövlət orqanlarının və təşkilatların nümayəndələrindən ibarət komitə yaradılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti