Zelenski Rusiya ilə münaqişəni dayandırmaq istəyir

Zelenski Rusiya ilə münaqişəni dayandırmaq istəyir
  27 İyun 2024    Oxunub:996
“Ukrayna döyüş meydanındakı itkilərə görə münaqişəni uzatmaq istəmir”.
AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Zelenski ABŞ-Ukrayna sazişinin taleyindən narahatdır
“Döyüş meydanında çoxlu yaralı və şəhidlərimiz var. Ona görə də bu münaqişənin illərlə davam etməsini istəmirik”, - deyə prezident bildirib.

Bundan əvvəl, Zelenski Avropa İttifaqı (Aİ) ilə sazişlər imzalamaq üçün Brüsselə gəlib. Məlumata görə, 3 təhlükəsizlik sazişinin imzalanması planlaşdırılır, onlardan biri Avropa İttifaqı ilə olacaq.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Zelenski   Ukrayna   Rusiya   Müharibə  





Xəbər lenti