Ukrayna niyə Tverdəki kimya zavodunu vurur?

 Ukrayna niyə Tverdəki kimya zavodunu vurur?
  27 İyun 2024    Oxunub:1821
Dünən gecə Ukrayna hərbçiləri “Lyutıy” dronları ilə Tver vilayətindəki "Redkinski" Eksperimental Kimya Zavoduna növbəti dəfə hücum edib. Məlum strateji obyekt Ukrayna sərhədindən 500 km, Moskvadan isə 100 km şimalda yerləşir.
Bu fikirlər "Defense Express"də dərc olunan məqalədəndir. Nəşr hədəf kimi seçilən zavodun Ukrayna üçün niyə xüsusi əhəmiyyət kəsb etməsini izah edib.

MP: “Ukraynadakı müharibə Polşanın mövcudluğuna təhdiddir”
Rusiyadan olan qeyri-rəsmi mənbələrin məlumatına görə, hücum nəticəsində əraziyə 4 pilotsuz uçan aparat çata bilib. Onlardan biri sexin damını deşib, ikisi yaxınlığa düşüb. Dördüncü dron isə boru xəttini zədələyib və yanğına səbəb olub.

Nəşrin analitikləri qeyd ediblər ki, bu artıq strateji müəssisəyə üçüncü hücumdur. İlk hücum 2023-cü ilin sentyabrın 13-də baş vermişdi.

“İndiki halda "Redkinski" Təcrübə Kimya Zavodu həqiqətən də Rusiya Federasiyası üçün kifayət qədər unikal müəssisə sayılır. O, əsas hərbi məmulatların istehsalçısı olmasa da, Rusiyanın bir sıra aviasiya, raketlərə dair müdafiə müəssisələri ona bağlı fəaliyyət göstərir", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti