Pekin ABŞ-nin sualtı qayığının detektorunu ələ keçirib
“Biz bu yaxınlarda Cənub dənizində dövrə vuran və daim naməlum obyektləri yerə endirən Amerika hərbi təyyarələrini aşkar etdik. Hadisədən sonra Çin onları götürmək üçün dərhal sulara girib. Tapılan dəlillər arasında şübhəli bir detal aşkarlanıb”, - informasiya portalı şəbəkədəki yazıdan sitat gətirir.
Materialda Pekinin sözügedən sualtı detektoru aşkar edərək, bu əşyaları tutmaq üçün əməliyyat keçirdiyi bildirilir. Eyni zamanda, belə halların Pekində narahatlıq doğurduğu vurğulanır.
Qeyd edək ki, təxminən 20 gün əvvəl həftəlik “Defence News” nəşri Filippin və ABŞ-nin Çinin də daxil olduğu Asiya-Sakit Okean regionunda rəqiblərinin qarşısını almaq üçün aprel-may aylarında keçirilən “Balikatan” birgə təliminin coğrafiyasını genişləndirdiyini yazıb.
Bundan əvvəl, aprelin 18-də isə Çinin Xarici İşlər nazirliyinin sözçüsü Lin Jian bildirmişdi ki, Pekin ABŞ-nin Asiya-Sakit okean regionunda orta mənzilli ballistik raketlər yerləşdirməsinə qarşıdır və Vaşinqtondan hərbi qarşıdurmanı dayandırmağı tələb edir. Bu bəyanat ABŞ hərbçilərinin Filippinə məxsus Luson adasında “Tifon” raket kompleksinin quraşdırılmasına cavab idi.
Həmin gün Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Pentaqonun bu kompleksi sözügedən ərazidə yerləşdirməsini beynəlxalq təhlükəsizlik üçün “qara gün” adlandırıb.
Sahil İsgəndərov
AzVision.az