Orta Dəhlizə yeni yüklərin cəlb olunması müzakirə edildi

Orta Dəhlizə yeni yüklərin cəlb olunması müzakirə edildi
  27 İyun 2024    Oxunub:1260
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Özbəkistan və Tacikistanla Orta Dəhlizə yeni yüklərin cəlb olunmasını müzakirə edib.
AzVision.az ADY-yə istinadən xəbər verir ki, Özbəkistanda səfərdə olan QSC-nin sədri Rövşən Rüstəmov bu ölkənin Dəmir Yollarının sədri Zufar Narzullayev və Tacikistan Dəmir Yolllarının sədri Komil Mirzoali ilə həm ayrı-ayrılıqda, həm də üçtərəfli formatda görüş keçirib.

Görüşdə dəmir yolu sahəsində sıx əməkdaşlıq, eyni zamanda Orta Asiya – Avropa – Orta Asiya və Çin – Avropa – Çin istiqamətləri üzrə yük dövriyyəsinin artırılması imkanları və bu imkanların dünya bazarında tanıdılmasının vacibliyi geniş müzakirə olunub.

Görüş zamanı dəmir yolu qurumlarının rəhbərləri Orta Dəhliz üzrə yükdaşımaların daha da artırılması və yeni yüklərin cəlb olunması məqsədilə rəqabətədavamlı və rəqəmsal xidmətlərin göstərilməsi üçün hazırda üzərində işlənilən layihələri müzakirə ediblər.

Bildirilir ki, görüşün sonunda tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Bundan əlavə, ADY nümayəndə heyəti işgüzar səfər çərçivəsində yerli logistika şirkətləri ilə təşkil olunmuş "Dəyirmi masa"da iştirak ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti