Rusiya pasport verdiyi 10 mindən çox miqrantı Ukraynaya göndərib
Sankt-Peterburqda keçirilən “Müasir Rusiyada miqrasiya siyasətinin hüquqi aspektləri” adlı sessiyada çıxış edən Bastrıkin deyib ki, “30 mindən çox vətəndaşlıq qəbul edən şəxs qeydiyyata salınıb və artıq onların 10 minə yaxını xüsusi əməliyyat zonasınagöndərilib”.
Bundan əlavə, Bastrıkin 2024-cü ilin dörd ayı ərzində Rusiyaya gələn miqrantların ümumi sayına da toxunulub. Onun sözlərinə görə, bu müddət ərzində təkcə Moskvaya 1,2 milyon, Sankt-Peterburqa isə 860 min miqrant gəlib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Rusiya