Dövlət departamenti Kiyevin mümkün uğur formulunu açıqladı

   Dövlət departamenti Kiyevin mümkün     uğur formulunu    açıqladı
  25 İyun 2024    Oxunub:1132
Ukraynada genişmiqyaslı müharibə davam edir. Ekspertlər ukraynalıların iki ildir dərinləşən bu qarşıdurmada uğur qazanması üçün bir sıra variantları irəli sürürlər.
"Ukrinform" yazır ki, hazırda uğura aparacaq ilk addım rusların ölkənin şərq hissəsinə tam gücləri ilə soxulmaq cəhdlərinin qarşısını almaqdır. Söhbət əsasən Xarkovdan gedir.

Nəşr ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayna istinad edib. Məqalədə bildirilir ki, "Rusiyanın öz atəş xətlərindən geniş şəkildə istifadə etmək imkanından məhrum etmək lazımdır".

Rusiya son sutkada 1300 döyüşçü itirib
ABŞ rəsmisinin sözlərinə görə, bunun üçün Ukrayna ordusu kifayət qədər hava hücumundan müdafiə vasitələri və uzunmüddətli döyüşü davam etdirmək üçün zəruri olan digər silahlarla təmin edilməlidir. Obraynın fikrincə, belə olan təqdirdə Rusiya rəsmiləri tərəddüd edə, "irəli gedə bilərikmi?" sualı barədə ətraflı düşünə bilərlər.

O, həmçinin Moskvanı Ukraynaya iqtisadi zərərlər vurmaq imkanlarından məhrum etməyi də vacib sayıb. Hansılar ki, sadə vətəndaşların iqtisadi sferada olan sabitliyini dağıtmağa hesablanıb. (Məsələn, rusların ölkədə enerji, elektrik böhranı yaradan hücumları-red.)

ABŞ Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, Ukraynanın uğuru deyəndə nəticə olaraq Kiyevin beynəlxalq səviyyədə tanınan bütün ərazilərə nəzarət etmək nəzərdə tutulur.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Rus qoşunları işğal zamanı Kiyevə qədər irəliləyə bilsələr də, sonradan geri çəkilmək məcburiyyətində qaldılar. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladı. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Rus qoşunları Xarkov vilayəti istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti