Borrel: “Budapeşt Aİ-yə mane ola bilməyəcək”

   Borrel: “Budapeşt Aİ-yə    mane ola    bilməyəcək”
  24 İyun 2024    Oxunub:1197
Rusiyanın dondurulmuş aktivlərindən götürülən gəlirdən Kiyev üçün silah alışına Macarıstanın qoya biləcəyi vetodan yan keçmək üçün Avropa İttifaqı mexanizm hazırlayıb.
AzVision.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozef Borrel “Financial Times” qəzetinə müsahibəsində belə deyib.

“Əvvəl Rusiya aktivlərindən istifadə olunmas təklifini rədd edən Budapeşt onların istifadəsi ilə bağlı qərarda iştirak etməməlidir. Vetodan yan keçmə mexanizmi istənilən hüquqi qərar kimi mürəkkəb, lakin işlək olacaq”, - Borrel qeyd edib.

Avropalı məmur Aİ-nin bundan əvvəl Macarıstana iyun ayında Budapeşt və NATO arasında razılaşdırılmış sxemə bənzər bir mexanizm təklif etdiyini bildirib.

- Biz Macarıstana təklif etdik: sizin pulunuz heç bir şəkildə Ukraynanı dəstəkləmək üçün deyil, həm də başqa məqsədlər üçün istifadə edilməyəcək” , - Borrell deyib.

Onun sözlərinə görə, bunun müqabilində Budapeşt Aİ ölkələrini Ukrayna ilə bağlı qərarlara veto qoymayacağına inandırmalı idi, lakin Macarıstan hakimiyyəti bu təklifi rədd edib. Qəzetin yazdığına görə, Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirlərinin bu günkü yığıncağında Macarıstanın vetosundan yan keçmək mexanizmi müzakirə olunacaq.

Əslində Aİ-nin təsisat sənədlri bütün qərarların konsensus əsasında qəbul olunmasını nəzərdə tutur. Birliyə üzv ölkələrdən hansısa birinin qoyduğu veto istənilən qərarın qəbul olunmasına imkan vermir. Ukraynaya hərbi-maliyyə yardımına qarşı çıxan və Rusiya ilə dialoqun vacibliyini dəfələrlə vurğulayan Budapeştin müxalif mövqeyi xeyli vaxtdır ki, kollektiv Qərbin aparıcı dövlətlərinin və Brüssel bürokratiyasının əsəblərini tarıma çəkib. Buna görə də, Macarıstanın veto hüququnu bloklamak üçün xüsusi mexanizmin yaradılması ideyası ortaya atılıb.

Halbuki, bu “təşəbbüs” Aİ-nin təsisat sənədləri və onun carçısı olduğu demokratiya priznsipləri ilə daban-dabana ziddir. Deməli, məsələ heç də demokratik idarəetmə mexanizmində yox, siyasi məqəsədəuyğunluq prizmasından çıxış edərək bu və ya digər qərarın zor-xoş qəbul etdirilməsindədir. Belədə, hətta gecə-gündüz ağızdolusu dəm vurduğun və digərlərinə zorla sırımağa çalışdığın “prinsip”lərdən imtina etmək də olar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Borrel   Macarıstan  





Xəbər lenti