Putin NATO-ya alternativ yaradır - "ISW"

  Putin NATO-ya alternativ yaradır - "ISW"
  20 İyun 2024    Oxunub:1886
Rusiya lideri Vladimir Putin NATO-ya alternativ koalisiyası yaratmaq istəyir.
Bu fikirlər Müharibə Araşdırmaları İnstitutunun (ISW) dərc etdiyi hesabatdandır. ISW ekspertləri hesab edirlər ki, Putinin koalisiyası SSRİ ilə "tarixən isti əlaqələri" olmuş ölkələrdən ibarət olacaq:

"Rusiya lideri belə bir illüziya yaratmağa çalışır ki, guya Ukraynanın yeganə tərəfdaşı Qərb dövlətləridır. Qalan ölkələr isə Rusiya Federasiyasını dəstəkləyirlər".

Vladimir Putin hələ may ayında Çinə səfəri zamanı verdiyi açıqlamalarla sözügedən koalisyanın, yəni "Avrasiya təhlükəsizlik strukturu"nun yaradılacağına eyham vurmuşdu. Daha sonra iyun ayında çıxışlarından birində belə bir strukturun reallaşmasını dolayısı ilə təklif etdi.

Putin özünün yeni ittifaq ideyasını ortaya atarkən artıq Avro-Atlantik təhlükəsizlik sisteminin dağıldığını və Qərbin qurduğu “Avropada təhlükəsizlik, rifah sxemlərinin” işləmədiyini də bəyan edib.

Müharibə Araşdırmaları İnstitutunun hesabatında Vyetnamın "Nhan Dan" qəzetinə istinadla qeyd olunub ki, Şimali Koreya və Vyetnam Kremlin “bərabər və bölünməz Avrasiya təhlükəsizlik” strukturunu dəstəkləyir. Qəzet yazır ki, "Vyetnam müharibəsi zamanı Sovet İttifaqının bu ölkəyə köməyini xatırladan Putin, hazırda rəsmi Hoşiminin cavab olaraq Kremlin yanında olacağını düşünür".

Rusiya niyə ehtiyat qüvvələri döyüşə atır? - İSW səbəb və detalları açıqladı
Hesabatda bildirilir ki, "Nhan Dan"a müsahibəsində Rusiya prezidenti müstəqil xarici siyasət yürütdüyünə və "millətlər arasında bərabərlik, daxili işlərə qarışmama prinsiplərinə əsaslanan dünya nizamı"nı dəstəklədiyinə görə Vyetnamı, bir müddət əvvəl isə “Rodong Sinmun” saytında Şimali Koreyanı bənzər cümlələrlə tərifləyib. Bəyan edib ki, hər iki ölkə Kremlin yeni koalisiyasını dəstəkləyir.

Hərçənd Vyetnam, Cənub-Şərqi Asiyanın əksər ölkələri kimi Avrasiyanın siyasi konsepsiyalarına qoşulmur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   NATO   Koalisiya   Çin  





Xəbər lenti