Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb
  18 İyun 2024    Oxunub:902
Ümumi orta aylıq əmək haqqına görə ölkələrin dünya reytinqində Azərbaycan 2024-cü ilin əvvəlinə 196 ölkə arasında 99-cu yeri tutub.
AzVision.az report-a istinadən xəbər verir ki, ölkəmizdə orta aylıq əmək haqqı 494 ABŞ dolları təşkil edib.

MDB ölkələri arasında ən yüksək əmək haqqı Rusiya (2 159 ABŞ dolları) və Qazaxıstandadır (673 ABŞ dolları). Reytinqdə Azərbaycandan aşağıda Ukrayna (430 ABŞ dolları), Özbəkistan (351 ABŞ dolları), Qırğızıstan (228 ABŞ dolları) və Tacikistan (169 ABŞ dolları) qərarlaşıb.

Dünyada ən yüksək əmək haqqı İsveçrədə müşahidə olunub – 8 111 ABŞ dolları. İlk “üçlüy”ə həmçinin Lüksemburq (6 633 ABŞ dolları) və ABŞ (6 455 ABŞ dolları) daxil olub. Ən aşağı əmək haqqı isə Lesoto (24 ABŞ dolları), Anqola (27 ABŞ dolları) və Malavidə (31 ABŞ dolları) müşahidə olunub.

Qeyd edək ki, ümumi əmək haqqı vergilər və digər ayırmalar, məsələn, pensiya fondlarına, tibbi sığortaya və s. ayırmalar çıxılmadan əmək haqqının ümumi məbləğidir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 10,2 % artaraq 1 007,5 manat (592,6 ABŞ dolları) təşkil edib. Ən yüksək əmək haqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta sektorları, elmi-texniki fəaliyyət, informasiya və rabitə sahələrində çalışanlardadır.

AzVision.az



Teqlər:





Xəbər lenti