İctimai iaşə dövriyyəsi 6 % artıb

İctimai iaşə dövriyyəsi 6 % artıb
  18 İyun 2024    Oxunub:1204
Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6 % artaraq 801,8 milyon manat təşkil edib.
AzVision.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Dövriyyənin 7,98 milyon manatı dövlət, 793,8 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.

Özəl sektorda isə dövriyyənin 51,1 %-i hüquqi şəxslərin, 48,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 6,9 % artaraq 406 milyon manat olub.

AzVision.az


Teqlər:





Xəbər lenti