Tətbiq ediləcək innovativ yanaşma prosesləri sadələşdirməklə yanaşı, səmərəliliyi və məhsuldarlığı artıracaq. Yeni texnologiyadan istifadə nəticəsində keçmiş nəsil dalma nasoslarının yaratdığı çətinliklər, o cümlədən təmirlə bağlı hasilat fasilələrinin çoxalması və məhsuldarlığın azalmasının qarşısı alınacaq. İnnovativ yanaşma dalma nasoslarına müstəsna etibarlılıqla işləməyə imkan verərək, onların istismar müddətini dəfələrlə artıracaq.
Strateji əməkdaşlıqlar və tərəfdaşlarla aparılan təcrübə mübadilələri, həmçinin innovativ yanaşmaların, yeni texnologiyanın tətbiqi sayəsində SOCAR fəaliyyətini daha da təkmilləşdirməyi və daha yeni nailiyyətlər əldə etməyi hədəfləyir.


