Süni intellekt ölümlərin qarşısını alacaq

   Süni intellekt ölümlərin qarşısını alacaq
  10 İyun 2024    Oxunub:1546
ABŞ-dakı İctimai Sağlamlıq Məktəbinin tədqiqatçıları avtomobil toqquşmalarına, velosiped qəzaları və piyada ölümlərinə təsir göstərən əsas ətraf mühit amillərini müəyyən etmək məqsədilə süni intellektdən istifadə edir.
AzVision.az xəbər verir ki, tədqiqatçılar qəzaların baş verdiyi yerləri müqayisə etmək məqsədilə dünyadakı küçələrin 360 dərəcə görünüşünü təmin edən süni intellekt vasitəsi – “Quql Strit Vyu”nu (QSV) sınaqdan keçiriblər.

“Avtomobil qəzaları gənclərin əsas ölüm səbəblərindəndir. Buna görə də, mühitin ölümcül toqquşmaların sayını necə artıra, yaxud azalda biləcəyini, bundan daha çox hansı icmaların təsirləndiyini anlamaq çox vacibdir. Ölkənin hər yerindən belə böyük həcmdə QSV məlumatlarını emal edə bildiyimiz üçün hansı daxili elementlərin avtomobil qəzalarına təsir etdiyi barədə dəqiq nəticələr əldə edə bildik. Aydındır ki, yaşıllıq sahələri, küçə işıqları, təkzolaqlı yollar və səkilər olan yerlər daha az ölümlə nəticələnən ərazilərdir”, - tədqiqatçıların məlumatında deyilib.

Araşdırma nəticəsində məlum olub ki, daha çox səkinin salındığı ərazilərdə ölümlə nəticələnən qəzalar 70 faizədək azalıb.

“Biz bu kimi daha böyük və səmərəli tədqiqat aparmaq üçün süni intellektdən istifadənin artdığını görürük. Bu araşdırma bəşəriyyətin ictimai sağlamlığını yaxşılaşdırmaq üçün süni intellektdən necə istifadə etmək lazım olduğunu nümayiş etdirir”, - bu sahə üzrə araşdırmaçı Heran Mane bildirib.

AzVision.az



Teqlər: süniintellekt  





Xəbər lenti