Rusiya Qarabağda Azərbaycana kömək etmək istəyir

   Rusiya Qarabağda Azərbaycana kömək etmək istəyir
  06 İyun 2024    Oxunub:748
Rusiya şirkətlərinin , Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasında iştirakı iqtisadi əməkdaşlığın perspektivli yoludur
AzVision.az xəbər verir ki , bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan biznes dialoqu zamanı deyib.

O qeyd edib ki, Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun bərpasına prioritet diqqət yetirir və burada Rusiya biznesinin potensialı tələb oluna bilər.

Qaluzin hər iki ölkənin “Şimal-Cənub” layihəsi çərçivəsində fəal qarşılıqlı fəaliyyət göstərdiyini vurğulayıb və əmin olduğunu bildirib ki,Rusiya və Azərbaycan Rusiya Federasiyasının bir hissəsini və Şimali Avropanı Hindistanla birləşdirəcək bu mühüm nəqliyyat arteriyasının formalaşmasına töhfə verə bilərlər.

Elnur Məmmədov

AzVision.az



Teqlər: rusiya   azərbaycan  





Xəbər lenti