HƏMAS üçmərhələli atəşkəs şərtləri ilə razılaşıb

 HƏMAS üçmərhələli atəşkəs şərtləri ilə  razılaşıb
  07 May 2024    Oxunub:678
HƏMAS terror təşkilatı vasitəçi Misir və Qətərin 42 gündən ibarət üçmərhələli atəşkəs şərtləri ilə ona verilən zəmanətlər müqabilində razılaşdığını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə təşkilatın siyasi liderlərindən biri Bəssam Xələf bildirib.

"İsrail qoşunlarının Qəzzadan çıxarılması və atəşkəslə bağlı danışıqlarda anlaşmazlıq yaransa da, verilən zəmanətlə bizi təklifin qəbuluna razı saldı", - o vurğulayıb.

Onun sözlərinə görə, atəşkəs çərçivəsində həmçinin əsir mübadiləsi də nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: HƏMAS   İsrail   atəşkəs  





Xəbər lenti