WSJ: Ukrayna səngərlərində hərbçi çatışmazlığı yaşanır

WSJ:    Ukrayna səngərlərində hərbçi çatışmazlığı yaşanır
  24 Aprel 2024    Oxunub:1188
Ukrayna Silahlı Qüvvələri kadr problemi yaşayır. Rusiya Silahlı Qüvvələrinə qarşı aylarla davam edən gərgin döyüşlər heyətin tükənməsinə səbəb olub.
Bu fikirlər Amerikanın məşhur “The Wall Street Journal” (WSJ) qəzetində dərc olunan məqalədəndir.

Ruslar ələ keçirdikləri Qərb texnikalarını sərgiləyəcəklər - VİDEO
Qeyd edilir ki, hərbi qulluqçuların cəbhədə qalması 5 gündən çox olmayan müddətə nəzərdə tutulsa da, hərbçilər 10 gündən 15 günə qədər səngərdə qalmağa məcbur olurlar.

Üstəlik, Ukrayna ordusunda dərmanı, qida və su da tükənir. Eyni zamanda, ukraynalı əsgərlər yaralanandan sonra çətin vəziyyətə düşürlər. Çünki qəzetin də qeyd etdiyi kimi, “heç kimin meydanda onlara operativ şəkildə əli çatmır” və bu səbəbdən yaralılar əməliyyat olunsalar belə əksər hallarda ölürlər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti