500 min tələbə aksiya keçirdi - VİDEO

500 min tələbə aksiya keçirdi    - VİDEO
  24 Aprel 2024    Oxunub:838
Argentinanın paytaxtı Buenos-Ayresdə vəziyyət gərginləşib.
Xarici KİV-in yaydığı məlumata görə, prezident sarayının qarşısındakı meydanda yarım milyona yaxın tələbə etiraz aksiyası keçirib. Onlara müəllimlər də qoşulublar.

Qeyd edilir ki, meydana toplananlar hakimiyyətin təhsil sahəsində yürütdüyü siyasəti bəyənmədiklərini bəyan ediblər.

Nümayişçilər xüsusilə universitetlərin yenilənməsi, inkişafı üçün xərclərin azaldılmasının əleyhinədirlər. Etirazçılar həmçinin təhsilin pulsuz olması barədə şüarlar da səsləndiriblər. Məlumata görə tələbə aksiyaları təkcə Buenos-Ayresdə deyil, ölkənin digər şəhərlərində də keçirilir.

Paytaxt universitetlərinin yaydığı məlumata görə, Maya meydanına ən azı 500 min tələbə gəlib.



Teqlər: Argentina  





Xəbər lenti