İran İsrailin hücumlarını araşdırmağa başladı

İran İsrailin hücumlarını araşdırmağa başladı
  19 Aprel 2024    Oxunub:624
İranın ixtisaslaşmış mütəxəssisləri artıq İsfahan səmasında pilotsuz təyyarələrin vurulması ilə bağlı insidenti və onun nəticələrini araşdırmağa başlayıblar.
AzVision.az İRNA agentliyinə istinadən xəbər verir ki, bunu İran ordusunun komandanı general-leytenant Əbdülrəhim Musəvi deyib.

Qeyd edilir ki, “hadisənin miqyasını araşdıran ekspertlər görülən işlərin nəticələri barədə hesabat verəcəklər”.

Musəvi həmçinin vurğulayıb ki, “Cümə günü səhər İsfahan üzərində eşidilən partlayışlar hava hücumundan müdafiə sistemlərinin naməlum obyektlərə qarşı əməliyyatının nəticəsi olub".

Xatırladaq ki, aprelin 19-da İranın hərbi obyektləri və hava limanlarına hücumlar olması barədə məlumatlar yayılıb. Raket hücumlarının İsrail tərəfindən reallaşdırıldığı iddia edilir. "Fars" agentliyinin məlumatına görə, partlayışlar İranın İsfahan əyalətinin Kehcəvaristan şəhərində, İsfahan hava limanı və ordunun 8-ci Hərbi Hava Qüvvələri bazası yaxınlığında baş verib.

Tasnim agentliyi isə İsfahanda yerləşən nüvə obyektlərinə ziyan dəymədiyini yazıb.
AzVision.az



Teqlər: İran  





Xəbər lenti