Erməni deputat İrəvan-Aİ-ABŞ görüşünü "bataqlığa sürüklənmək" adlandırdı

Erməni deputat İrəvan-Aİ-ABŞ görüşünü    "bataqlığa sürüklənmək" adlandırdı
  05 Aprel 2024    Oxunub:1148
Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan baş nazir Nikol Paşinyanın Ermənistan-Avropa İttifaqı-ABŞ üçtərəfli görüşündə iştirakını tənqid edib.
AzVision.az xəbər verir ki, o, "Mamul" nəşrinə açıqlamasında baş nazirin ölkəni təhlükəli istiqamətə sürüklədiyini bəyan edib: “Paşinyanın Avropa Komissiyasının sədri Ursula von der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenlə Brüsseldə planlaşdırılan üçtərəfli görüşü gözlənilən narahatlıq və qorxulara səbəb olub. Problem Avropa İttifaqı və ya ABŞ-nin yüksək vəzifə daşıyan rəsmilərində deyil. Problem İrəvanı bu görüşdə çoxdan geosiyasi aktorlar arasında kəskin mübarizənin episentrinə çevirmiş bir adamın təmsil etməsindədir".

Paşinyan Brüsselə gedib
O xatırladıb ki, Ermənistan müxtəlif mərhələlərdə həm ABŞ, həm Aİ, həm də NATO ilə müəyyən sahələrdə kifayət qədər hərtərəfli əməkdaşlıq edib: "Lakin əvvəlki mərhələlərdə bu əməkdaşlıqlar heç vaxt anti-Rusiya prosesi hesab edilməyib. Üstəlik, həm ABŞ, həm də Aİ ilə kifayət qədər geniş əməkdaşlıq edilsə də, bu yeni müharibə üçün səbəb və təhdid yaratmayıb. İndi reallıq başqadır. Hazırda elə adam peyda olub ki, o, Ermənistanı yenidən onilliklər boyu çəkəcək bataqlığa, ümidsizliyə və qeyri-müəyyənliyə salır. Nikol öz avantürası ilə artıq Ermənistanı geosiyasi mübarizənin episentrinə çevirib”.
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan  





Xəbər lenti