Tbilisidə izdihamlı aksiya keçirilir - FOTO

   Tbilisidə izdihamlı aksiya keçirilir -  FOTO
  04 Aprel 2024    Oxunub:1132
Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyası başlayıb.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, yüzlərlə insan parlamentin qarşısındakı Rustaveli prospektinə toplaşıblar.

Prospektdə yol bağlanıb və şəhərdə avtomobillərin hərəkətində problem yaranıb. Aksiya iştirakçıları qanunun qəbul edilməməsinə etiraz edirlər.

Onların fikrincə, qanunun qəbulu ölkədə QHT və siyasi partiyaların fəaliyyətinə ciddi təsir edəcək.

Qeyd edək ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi keçən ilin ortalarında müxalifətin təkidi ilə parlamentin müzakirəsindən çıxarılmışdı. Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qanun layihəsini yenidən parlamentə təqdim edib. Bu da yenidən ciddi etirazlara səbəb olub.

AzVision.az


Teqlər: Gürcüstan   aksiya  





Xəbər lenti