"SİMA" istifadəçilərinin sayı 1 milyonu ötüb

"SİMA" istifadəçilərinin sayı 1 milyonu ötüb
  28 Mart 2024    Oxunub:959
Ölkəmizin rəqəmsal transformasiyasını sürətləndirən mühüm layihələrdən olan "SİMA İmza" mobil tətbiqinin istifadəçi sayı 1 milyonu ötüb.
AzVision.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O qeyd edib ki, iki ildir istifadəyə verilmiş yeni nəsil rəqəmsal imza artıq E-gov, ƏMAS, Elektron Məhkəmə, "İnternet Vergi İdarəsi" portalı, "Smart Customs", "Güzəştli mənzil", Elm və Təhsil Nazirliyinin "Ali və Orta İxtisas Təhsil Alt Sistemi" portalı kimi bir çox dövlət xidmətlərinin, bankların sistemlərinə inteqrasiya edilib.

"Biometrik həllərə və süni intellektə əsaslanan, əl imzası ilə eyni hüquqi qüvvəyə malik və vətəndaşlar üçün pulsuz olan "SİMA İmza"nın əlçatanlığı əhalinin elektron imzaya olan marağını artırmaqda, ekosistemə müsbət təsirini göstərməkdədir. Hazırda milli brendimizin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır.

"SİMA İmza"nın arxasında duran komandanı təbrik edir, yeni nailiyyətlər arzulayıram".

AzVision.az


Teqlər:





Xəbər lenti