Kim Çen In müharibəyə intensiv hazırlıqla bağlı göstəriş verdi
Agentliyin məlumatına görə, Şimali Koreya rəhbəri deyib ki, hərbçilər mövcud vəziyyətin tələblərinə uyğun olaraq hərbi hazırlıqların intensivləşdirilməsinin yeni mərhələsinə başlamalıdırlar.
"Ordumuz müasir müharibələrin dəyişən və inkişaf edən aspektlərinə uyğun olaraq daim öz qarşısına daha dəqiq tələblər qoymalıdır. Mükəmməl döyüş hazırlığı üçün döyüş qabiliyyətinin sürətlə yüksəldilməsinə yönəlmiş hərbi təlimləri durmadan intensivləşdirməlisiniz”,- Kim Çen In deyib.
Tural Tağıyev
AzVision.az