Məşhur vəkilin oğlu dövlət orqanlarının binalarını atəşə tutub

Məşhur vəkilin oğlu dövlət orqanlarının binalarını atəşə tutub
  06 Mart 2024    Oxunub:1468
Xəbər verdiyimiz kimi İrəvanda naməlum şəxs Nor Nork bələdiyyəsinin binasına atəş açıb.
İnsident ötən ayın sonlarında baş versə də, atışmanı təşkil edənin kimliyi indi üzə çıxıb. "Mamul" nəşri yazıb ki, polis artıq şübhəli şəxsi taparaq bölməyə aparıb.

Cinayətkar, Ermənistan Respublikası Hüquqşünaslar Palatasının üzvü, məşhur vəkilinin oğludur. O da müəyyən edilib ki, silahlı şəxs təkcə rayon bələdiyyəsinin binasını deyil, həm də yaxınlıqda yerləşən musiqi məktəbinə də atəş açıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti