Bakıda 200 küçəyə şəhidlərin adları verilib
Yerli icra hakimiyyətlərindən, eyni zamanda şəhid ailələrindən daxil olan müraciətlər şəhidin ailə üzvləri ilə razılaşdırılıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı paytaxtın inzibati ərazisində mövcud olan 200 küçəyə şəhidin adı verilməsi barədə sərəncamlar imzalayıb.
Hesabatda vurğulanıb ki, Bakı şəhərinin inzibati ərazisində mövcud küçələrin inventarlaşdırılması və adsız küçələrə adların verilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qeyd olunan məsələyə xüsusi önəm veriləcək.
AzVision.az