Braziliya və Meksikadan 7 qolluq qələbə - VİDEO

Braziliya və Meksikadan 7 qolluq qələbə - VİDEO
  24 İyun 2014    Oxunub:1184
Futbol üzrə XX dünya çempionatında növbəti oyunları keçirilib.
AzVision.az xəbər verir ki, “A” qrupunda mübarizə aparan Braziliya yığması Kamerun millisi ilə qarşılaşıb.

İsveçli baş hakim Jonas Erikssonun idarə etdiyi və qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Braziliya komandası Kamerun millisini 4:1 hesabı ilə məğlub edib.

Qrupun digər oyununu isə Xorvatiya və Meksika yığmaları arasında baş tutub.

Özbəkistanlı baş hakim Rövşən İrmatovun idarə etdiyi və gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Meksika komandası Xorvatiya millisini 3:1 hesabı ilə məğlub edib.



AzVision.az


Teqlər:  





Xəbər lenti