Ələ keçirilən gəmidə İran istehsalı olan raketlər aşkarlandı
“The Washington Post”da dərc olunan xəbərə görə, adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, Somali sahilləri yaxınlığında ələ keçirilən gəmiyə raket başlıqları və bir sıra sursatlar İrandan yüklənib.
Qeyd olunub ki, daha öncə husilər üçün nəzərdə tutulan İran istehsalı silahların axtarış əməliyyatı zamanı iki Amerika əsgəri Somali sahilləri yaxınlığında itkin düşüb.
AzVision.az