"Putinlə yaxşı münasibətim var" - Tramp

 "Putinlə yaxşı münasibətim var" -    Tramp
  16 Yanvar 2024    Oxunub:1045
ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti dəfə Ukraynadakı müharibə ilə bağlı vəziyyəti “çox tez” həll edəcəyinə söz verib.
Tramp əmindir ki, o, “yaxşı tanıdığı” Ukrayna və Rusiya prezidentlərini dialoqa cəlb edə biləcək.

AzVision.az xəbər verir ki, Tramp bunu Ayova ştatında Respublikaçıların praymerizində qalib gəldikdən sonra çıxışı zamanı deyib. Onun sözlərinə görə, belə üstünlüyə sahib olmasının səbəbi Putinlə “çox yaxşı” yola getməsidir.

“Putinlə yaxşı anlaşırıq. Çox yaxşı münasibətlərimiz var. Bu, yaxşıdır, pis deyil. Saxta xəbərlər real və dürüst olsaydı, o zaman bu ölkədəki problemlərimizin 90%-i həll olunacaqdı. Ukrayna ilə vəziyyət isə o qədər ağırdır ki... Və biz bunu həll edəcəyik, çox tez həll edəcəyik”, - Tramp bildirib.

Siyasətçi Ukrayna prezidenti Volodimir Zelenskini dialoqa cəlb edəcəyinə də əmindir.

"Mən Putini çox yaxşı tanıyıram. Eyni zamanda Zelenskini də yaxşı tanıyıram, onu dialoqa cəlb edə bilərəm və biz bunu çox tez həll edəcəyik. Bu müharibə əslində heç vaxt olmamalı idi", - o əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti