Mişel bel ağrısına görə deputatlardan qaçır - "Politico"

      Mişel bel ağrısına görə deputatlardan qaçır -    "Politico"
  16 Yanvar 2024    Oxunub:851
"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu həftə Avropa Parlamentində keçirilməsi planlaşdırılan müzakirələri buraxacaq. O, buna səbəb kimi səhhətindəki problemləri göstərir. Müzakirələrdə isə Mişelin istefa qərarı ilə bağlı sərt suallarla üzləşəcəyi gözlənilirdi".
AzVision.az xəbər verir ki, bu fikirlər “Politico”da dərc olunan məqalədəndir.

Aİ liderləri Şarl Mişelin istefasına razılıq veriblər - "Politico"
Mişelin nümayəndəsinin nəşrə verdiyi məlumata görə, o, bel ağrılarına görə Avropa Parlamentinin deputatları ilə görüşdə iştirak etməyəcək.

"Avropa Şurasının rəhbəri həkiminin göstərişi ilə hərəkətlərini məhdudlaşdırmalıdır" deyən rəsmi Mişelin parlamentdə fevralın əvvəlində çıxış edəcəyini qeyd edib.

Bundan öncə xarici KİV Avropa İttifaqı rəsmilərinin Şarl Mişelin vəzifəsini tərk etmək istəyindən və Avropa Parlamentinin üzvü olmaq planlarından narazı olmaları barədə məlumatlar yayırdı. Hətta "Politico" "Mişel rəsmilərin mənfi reaksiyası ilə üzləşir" başlıqlı məqalə də dərc etmişdi.

Qeyd edək ki, bir neçə gündür Avropa Şurasının hazırkı rəhbərinin 2024-cü ilin yayında erkən vəzifədən gedəcəyi barədə məlumatlar yayılır. Yanvarın 7-də isə Mişelin köməkçisi "Politico"ya verdiyi açıqlamada Mişelin belə bir planının olmasını təsdiqləyib. O qeyd edib ki, indiki prezident deputat kimi fəaliyyət göstərmək niyyətindədir və siyasətçi bunun üçün postunu tərk etməli olacaq.

Əgər Aİ liderləri Avropa Şurasının yeni rəhbərinin namizədliyi ilə bağlı təcili razılığa gələ bilməsələr, bu zaman lider Viktor Orban olacaq. Çünki həmin dövrdə Avropa İttifaqı Şurasına Macarıstan sədrlik edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Avropa-İttifaqı   İstefa  





Xəbər lenti