"Yeni AES üçün müvafiq kadrlar lazımdır" - Paşinyan

"Yeni AES üçün müvafiq kadrlar lazımdır"    - Paşinyan
  16 Yanvar 2024    Oxunub:1123
"Yeni Atom Elektrik Stansiyasının yaradılması üçün müvafiq kadrlar lazımdır".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nüvə Təhlükəsizliyinin Tənzimlənməsi Komitəsinin iclasında çıxışı zamanı deyib.

Metsamor AES-i qeyri-peşəkarlar təmir edirmiş - İrəvandan etiraf
O qeyd edib ki, yeni stansiyanın tikintisi üçün ayrıca qurum yaradılmalıdır. Bu, Ermənistanın nəinki AES mövzusundan danışmağa, həm də onun işə salınması istiqamətində hərəkətə keçməyə hazır olduğunu nümayiş etdirəcək.

“Əlbəttə, hər yerdə olduğu kimi, bizdə də güclü kadr bazasının təmin edilməsi problemi olacaq.Çünki Atom Elektrik Stansiyasının tikintisi meqalayihə sayılır və həmin təşkilat faktiki olaraq bu layihənin həyata keçirilməsi üçün ofisə çevriləcək. Biz burada çox fəal işləməliyik ki, bu işə müvafiq kadrları cəlb edək”, - Paşinyan qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   AES   Paşinyan  





Xəbər lenti