Makron mətbuat konfransı keçirəcək
Siyasi rəqibləri tərəfindən xalqdan uzaq qaçmaq, hətta monarxiya meyilli olmaqda ittiham edilən Makron xarici səfərlərində jurnalistlərin suallarını mütəmadi cavablandırsa da, yerli mətbuatla müsahibədən, adətən, yayınır. Odur ki sual-cavab formatında baş tutacaq bugünkü konfrans Fransa prezidentinin təqribən 5 il ərzində media qarşısında ilk belə çıxışı kimi əlamətdar sayılır.
Makronun gözlənilməz çıxışı, əlbəttə, ötən il pensiya islahatına qarşı kütləvi etirazlardan və immiqrasiya qanunu ilə bağlı öz cəbhəsində yaranan ixtilafdan sonra təhlükəyə düşən hakimiyyətinə "yeni nəfəs" gətirmək istəyindən xəbər verir.
Yelisey sarayında keçirilməsi nəzərdə tutulan konfransda o, yeni Baş nazir Qabriel Attalın vəzifə öhdəliklərini də müəyyənləşdirəcək.
Firudin Həmidli
AzVision.az
Teqlər: Makron mətbuat konfrans