İrəvan məğlubiyyətə görə hələ də "günah keçisi" axtarır

 İrəvan məğlubiyyətə görə  hələ də "günah keçisi" axtarır
  16 Yanvar 2024    Oxunub:1549
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan bəyanat yayıb. O, 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın rəhbəri Andranik Köçəryanın yanvarın 11-də İctimai Televiziyaya müsahibəsini pisləyib.
Tonoyan Köçəryanı məğlubiyyətin günahını ordunun üzərinə yıxmağa çalışmaqda ittiham edib.

Tonoyan "müharibə komissiyası" ilə əməkdaşlıqdan imtina etdi
Keçmiş müdafiə nazirinin sözlərinə görə, Köçəryanın açıqlamaları məlum komissiyanın əsl məqsədini bir daha nümayiş etdirib. O, deputatın müsahibə zamanı Tonoyanın və digər keçmiş yüksək rütbəli hərbçilərə şamil olunan cinayət işi ilə bağlı mövzunu qaldırmasına diqqət çəkib: “Maraqlıdır ki, Köçəryanın bəyanatları sadəcə olaraq dedi-qodu və böhtandan ibarət siyasi spekulyasiya deyil. Onlar parlament reqlamentinin tələblərinə ziddir".

Qeyd edək ki, Tonoyan istifadəyə yararsız raketlər almaqda və vəsaitləri mənimsəməkdə ittiham olunaraq həbs edilib. O, 2021-ci ilin sentyabrından həbsdədir. Bu cinayət işində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, nazirliyin aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan, Müdafiə Nazirliyinin aviasiya departamentinin aviasiya texniki əmlakı xidmətinin rəisi Artyom Ambaryan, aviasiya departamentinin baş mühəndisi Vladimir Babayan və silah sövdələşmələrində iştirak edən iş adamı David Qalstyan da ittiham olunurlar. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dolları mənimsəməkdə ittiham edir.

Amma hələ də “Keyfiyyətsiz raketlər” işi üzrə hökm çıxarılmayıb, məhkəmə Tonoyanın və digər təqsirləndirilən şəxslərin açıq məhkəmə prosesinin keçirilməsi tələbini qəbul etməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Nazir   Həbs  





Xəbər lenti