ABŞ prezidentliyinə namizədlərdən biri geri çəkildi

ABŞ prezidentliyinə namizədlərdən biri geri çəkildi
  16 Yanvar 2024    Oxunub:1127
ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Vivek Ramasvami seçkilərə qatılmayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Prezident seçilsə, ABŞ-ni NATO-dan çıxaracaq
Ramasvami bununla bağlı bəyanatı Respublikaçılar Partiyasından prezidentliyə namizədlərin kokusundan sonra Ayova ştatının Des Moines şəhərindəki qərargahında verib. Burada iştirakçıların 51,6%-i, yəni 13 mindən çox insan eks-prezident Donald Trampa səs verib.

Eyni zamanda seçicilərin 20,3%-i Florida qubernatoru Ron DeSantisə, 20,1%-i ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyliyə, 7,5%-i isə Vivek Ramasvamiyə səs verib. O, 0,1% səs toplayan Arkanzasın keçmiş qubernatoru Asa Hatçinsonu qabaqlayıb.

Ramasvami əlavə edib ki, yerli seçkilərdən sonra o, Donald Trampa zəng edərək onu Ayova ştatında Respublikaçılar Partiyasının kokusunda namizədlik uğrunda mübarizədə qələbə münasibətilə təbrik edib. Siyasətçi prezident seçkilərində Trampı dəstəkləyəcəyini də bildirib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Namizəd  





Xəbər lenti