Maduro: "Venesuela bütün sanksiyalarının ləğvinə nail olacaq"
“Biz Venesuelaya qarşı tətbiq edilən bütün sanksiyaların tamamilə ləğvinə nail olacağıq”, - deyə Prezident qeyd edib ki, Venesuela diplomatiyası düzgün istiqamətdə ilk addımlarını atıb.
Prezident 2015-ci ildən ölkəyə 642 milyard dollardan çox iqtisadi ziyan vuran ABŞ sanksiyalarını “iqtisadi soyqırımı və kütləvi iqtisadi qətl” adlandırıb.
O, ölkəsinin neft və qaz sənayesinin ən böyük təzyiqə məruz qaldığını qeyd edib: “Sanksiyalar, təqiblər və blokadaya görə Venesuela 3 milyard 993 milyon barel neft hasil edə bilmədi ki, bu da 323 milyard dollardan çox itkiyə səbəb oldu”.
AzVision.az
Teqlər: