Torpaq donan kimi Rusiya dəhşətli hücumlara başlayacaq - "ISW"

Torpaq donan kimi Rusiya dəhşətli hücumlara başlayacaq  - "ISW"
  15 Yanvar 2024    Oxunub:1552
"Rus işğalçıları yaxın həftələrdə şərqdə hücum əməliyyatlarına hazırlaşır. Hazırda onlar torpağın donmasını gözləyirlər".
Bu fikirlər ABŞ-ın məşhur Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatındandır.

NATO Rusiya ilə müharibəyə hazırlaşır: Məxfi sənəddən çıxarışlar
Amerikalı analitiklərin proqnozlarına görə, Rusiya qüvvələrin və şəxsi heyətin çatışmazlığı səbəbindən cəbhə xəttində əhəmiyyətli irəliləyişlər əldə edə bilməyəcək. Rusiya mətbuatı isə yeni hücum dalğasının yanvarın 12-dən fevralın 2-dək aparılacağını yazır.

Eyni zamanda, ekspert Sergey Peresleqin 2022-ci ilin 24 fevralında olduğu kimi Moskvanın irimiqyaslı hücum tədbirlərinə əl atmaq üçün kifayət qədər canlı qüvvənin olmamasından narahatlığını ifadə edib. Qeyd edilir ki, ruslar mövcud qoşunlarla yalnız lokal taktiki manevrlər edə bilərlər.

"ISW" "Roskosmos"un keçmiş rəhbəri Dmitri Roqozinin verdiyi açıqlamalara da diqqət çəkib. O deyib ki, Ukraynanın çoxlu sayda pilotsuz təyyarələrdən istifadə etməsi səbəbindən Zaporojye vilayətinin qərbindəki cəbhə xətti “arı pətəyi kimi uğuldayır”. Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri hədəfləri kütləvi və dəqiqliklə vuraraq rusların şəxsi heyətin rotasiyasını çətinləşdirir.

Müharibə Araşdırmaları İnstitutunun ekspertlərinin fikrincə, Ukraynada sıfırdan aşağı olan mənfi temperatur hazırda cəbhədə aparılan aktiv əməliyyatları dayandırır. Lakin topaq donan kimi ərazilər mexanikləşdirilmiş manevr müharibəsi üçün daha əlverişli olacaq: "Qış hava və ərazi şərtlərinə baxmayaraq, Kremlə məxsus qüvvələr təşəbbüsü ələ keçirmək və əraziləri əldə saxlamağa cəhdlər edəcəklər. Onlar Ukraynanın şərqində lokal hücum əməliyyatlarını davam etdirməyə və ya intensivləşdirməyə çalışacaqlar. Amma ruslar buna nail ola bilməyəcək, əməliyyatlar baxımından əhəmiyyətli irəliləyişlər baş tutmayacaq".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022 ilin fevralın 24-də başlayıb. Moskva qoşunları Kiyevə qədər yeridə bildi. Lakin sonradan ruslar geri çəkilmək məcburiyyətində qaldılar. Ukrayna qoşunları isə ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirsələr də, ciddi nəticələr əldə etmədilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Müharibə  





Xəbər lenti