Yermak: "Kiyev müharibəni dondurmayacaq"

   Yermak:    "Kiyev müharibəni dondurmayacaq"
  15 Yanvar 2024    Oxunub:1334
Ukrayna hakimiyyəti müharibənin dondurulmasına razılaşmayacaq və Rusiya tərəfindən ələ keçirilən ərazilərin azad olunması kursunu davam etdirəcək.
AzVision.az “Azadlıq radiosu”nun yaydığı məlumata istinadən xəbər verir ki, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak Davosda keçirilən Ukrayna sülh formulasına dair müzakirələrdən sonra belə deyib.

“Bu prezident və onun bu komandası heç vaxt münaqişənin hər hansı bir şəkildə dondurulması ilə razılaşmayacaq və qəbul etməyəcək. Bu, Ukrayna cəmiyyəti tərəfindən qəbuledilməzdir... Ukraynaya dondurulmuş münaqişələr lazım deyil. Ukraynaya ədalətli dünya lazımdır. Ukrayna isə gələcəkdə hər hansı potensial təcavüzün qarşısını almaq istəyir və bu fürsətdən istifadə edir", - Andrey Yermak bildirib.

Məmur, həmçinin Ukraynanın tərəfdaşlarının Kiyevi ərazi güzəştlərinə getməyə məcbur etmədiyini vurğulayıb. Onun sözlərinə görə, tərəfdaşlar artıq Ukraynanın mövqeyini bilirlər və buna hörmətlə yanaşırlar.

“Mən liderlər də daxil olmaqla, demək olar ki, bütün yüksək səviyyəli görüşlərdə iştirak etmişəm. Heç vaxt eşitməmişəm ki, partnyorlarımızdan kimsə bizim tərəfimizdən hər hansı güzəşt barədə müzakirə aparsınlar ki, bu da bizim üçün qəbuledilməzdir. O cümlədən də Krım məsələsi”, - Ukrayna prezidentinin ofisinin rəhbəri deyib.
AzVision.az


Teqlər: Yermak   müharibə  





Xəbər lenti